13 aprel 2026. Bazar ertəsi

"Bavariya"nın idman direktoru de Liqtin mümkün gedişi haqda danışdı


"Bavariya"nın idman direktoru de Liqtin mümkün gedişi haqda danışdı

"Bavariya"nın idman direktoru Maks Eberl niderlandlı müdafiəçi Mattheys de Liqtin "Mançester Yunayted"ə keçə biləcəyi ilə bağlı yayılan şayiələrdən danışıb.

90deqiqe.Az xəbər verir ki, funksioner müdafiəçinin iki il "Bavariya"da qaldığını və çox yaxşı oynadığını, lakin indi yeni qərarın verilməli olduğunu qeyd edib.

“Biz onun fikrini nəzərə alacağıq. Matthijs hazırda "Bavariya"nın oyunçusudur. O, klubda olduğu müddətdə bizdən dəstək alacaq”

Xatırladaq ki, mətbuatda "Mançester Yunayted"in baş məşqçisi Erik ten Haqın "qırmızı şeytanlar"ın bu yay de Liqti transfer etməsində israr etdiyi barədə şayiələr var. Ötən mövsüm müdafiəçi Almaniya çempionatında "Bavariya"nın heyətində 22 oyun keçirib və 2 qol vurub.







Almaniya B.L.

 “Bavariya”dan darmadağın
  • Almaniya B.L.
  • 22:35 11.04.2026
“Bavariya”dan darmadağın
 “Leyptsiq” 3 xalı tək qolla qazandı
  • Almaniya B.L.
  • 20:54 11.04.2026
“Leyptsiq” 3 xalı tək qolla qazandı