- Almaniya B.L.
- 10:08 11.10.2024
"Bavariya"nın yarımmüdafiəçisi Kinqsli Koman komandanı tərk etmək qərarına gəlib.
90deqiqe.Az-ın “ L'Equipe”yə istinadən məlumatına görə, Münhen klubunun rəhbərliyi 28 yaşlı futbolçuya transfer pəncərəsi bağlanana qədər özünə yeni komanda tapmağı təklif ediblər.
Fransalı futbolçu klubdan ayrılmağa dərhal razılıq verməyib.
Qeyd edək ki, fransalı futbolçunun xidmətində "Barselona", "Mançester Siti" və PSJ kimi bir neçə aparıcı Avropa klubu maraqlanır. Koman özü hələ karyerasını harada davam etdirmək istədiyinə qərar verməyib.
Xatırladaq ki, ötən mövsüm Kinqsli Koman Almaniya çempionatında "Bavariya"nın heyətində 17 oyun keçirib və bu oyunda 3 qol vurub və 3 məhsuldar ötürmə edib.