16 sentyabr 2024. Bazar ertəsi

"Musialanın "Qızıl top"un siyahısında olmamasına çox təəccüblənirik"


"Musialanın "Qızıl top"un siyahısında olmamasına çox təəccüblənirik"

"Bavariya"nın idman direktoru Maks Eberl yarımmüdafiəçi Camal Musialanın "Qızıl top"a namizədlər siyahısına salınmamasına münasibət bildirib.

90deqiqe.Az xəbər verir ki, "DPA" Eberlin dediklərini belə çatdırıb:

"Qızıl top"a namizəd olan hər bir oyunçuya görə şadam, lakin biz "Bavariya"da Camal Musialanın siyahıda olmamasına çox təəccüblənirik. Camal Avro 2024-də fərqlənən oyunçulardan biri olub, turnirin ən yaxşı futbol komandasına seçilib və yarışın bombardirlərindən biri olub. Bundan başqa, “Bavariya” Camalın əla oyunu sayəsində Çempionlar Liqasının yarımfinalına yüksəlib. Onun ötən mövsüm hətta ən yaxşı 30 futbolçu sırasında belə olmaması bizim üçün tamamilə anlaşılmazdır. Bizim nəzərimizdə Camal tamamilə müstəsna, unikal qabiliyyətlərə malik beynəlxalq futbolun ən həyəcanlı oyunçularından biridir. Biz onun Bayern üçün, eləcə də milli komanda üçün etdikləri ilə fəxr edirik”







Almaniya B.L.

"Bavariya"da ciddi itki
  • Almaniya B.L.
  • 20:39 16.09.2024
"Bavariya"da ciddi itki
"Bayer" və "Bavariya"dan darmadağın
  • Almaniya B.L.
  • 23:55 14.09.2024
"Bayer" və "Bavariya"dan darmadağın
Bundesliqada klubunu dəyişdi
  • Almaniya B.L.
  • 22:45 04.09.2024
Bundesliqada klubunu dəyişdi
Koman "Bavariya"nı tərk edir
  • Almaniya B.L.
  • 12:27 27.08.2024
Koman "Bavariya"nı tərk edir