22 iyun 2026. Bazar ertəsi

"Real"ın əfsanəvi oyunçusu "Bayer"ə rəhbərlik edə bilər


"Real"ın əfsanəvi oyunçusu "Bayer"ə rəhbərlik edə bilər

"Bayer" klubun baş məşqçisi Xabi Alonsonun mümkün əvəzlənməsi barədə qərar verib.

90deqiqe.Az-ın “Bild”ə istinadən məlumatına görə, ispan mütəxəssis 2025-ci ilin yayında Karlo Ançelottinin əvəzinə “Real Madrid”ə rəhbərlik etməyə qərar verərsə, “əczaçılar” “Real Madrid”in əfsanəvi hücumçusu Raul Qonzalesi təyin etmək variantını nəzərdən keçirəcəklər.

Xatırladaq ki, Raul 2019-cu ildən "Real Castilla"ya rəhbərlik edir. Qeyd edək ki, bu gün "Bayer" Çempionlar Liqasının qrup mərhələsində "Feyenoord"a 4:0 hesabı ilə qalib gəlib. Ötən mövsüm Xabi Alonsonun rəhbərliyi altında əczaçılar Bundesliqanın və Almaniya kubokunun qalibi olublar.







Almaniya B.L.

“Messi mənim üçün nümunədir”
  • Almaniya B.L.
  • 23:05 03.06.2026
“Messi mənim üçün nümunədir”
Bundesliqa klubunda yeni baş məşqçi
  • Almaniya B.L.
  • 23:45 31.05.2026
Bundesliqa klubunda yeni baş məşqçi
Eberl "Bavariya"nı tərk edə bilər
  • Almaniya B.L.
  • 23:42 26.05.2026
Eberl "Bavariya"nı tərk edə bilər