22 iyun 2026. Bazar ertəsi

Noyer "Verder" matçından əvvəl isinmə hərəkətləri zamanı zədələnib


Noyer "Verder" matçından əvvəl isinmə hərəkətləri zamanı zədələnib

"Bavariya"nın qapıçısı Manuel Noyer Almaniya Bundesliqasının 4-cü turunun "Verder"lə oyunu öncəsi zədələndiyi üçün isinmə hərəkətlərini dayandırmalı olub.

90deqiqe.Az xəbər verir ki, bu barədə "Bayern & Germany" "X" sosial şəbəkəsində (keçmiş Twitter) məlumat yayıb.

Mənbənin sözlərinə görə, 38 yaşlı qolkiper ombasını zədələyib. Almaniyal; futbolçunun sağlamlığını riskə atmamaq üçün Münhen klubunun məşqçilər korpusu ehtiyatda olan qapıçı Sven Ulreyxi ilk dəqiqələrdən meydançaya buraxmaq qərarına gəlib.

Bu mövsüm Noyer bütün turnirlərdə beş matçda iştirak edib, bunun üçündə qapını təmiz saxlayıb. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 4 milyon avrodur.







Almaniya B.L.

“Messi mənim üçün nümunədir”
  • Almaniya B.L.
  • 23:05 03.06.2026
“Messi mənim üçün nümunədir”
Bundesliqa klubunda yeni baş məşqçi
  • Almaniya B.L.
  • 23:45 31.05.2026
Bundesliqa klubunda yeni baş məşqçi
Eberl "Bavariya"nı tərk edə bilər
  • Almaniya B.L.
  • 23:42 26.05.2026
Eberl "Bavariya"nı tərk edə bilər