22 iyun 2026. Bazar ertəsi

Keyn Sançonun Bundesliqa rekordunu qırıb


Keyn Sançonun Bundesliqa rekordunu qırıb

"Bavariya"nın hücumçusu Harri Keyn Almaniya Bundesliqasının 4-cü turunda "Verder"lə matçda (5:0) qol vurub.

90deqiqe.Az-ın "Goal"a istinadən məlumatına görə, beləliklə, Keyn Almaniya çempionatında 41 qol vuraraq, bu turnirin tarixində ən çox qol vuran ingilis futbolçu olub.

Keyndən əvvəl Bundesliqada ən uğurlu ingilis futbolçu Almaniyada Dortmund Borussiyasında çıxış edən cinah oyunçusu Ceydon Sanço idi. O, 118 oyunda 40 qol vurub. Bu arada Keyn 36 matçda 41 qol vurub.

Keyn ötən yay "Bavariya"ya keçib. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 100 milyon avrodur.







Almaniya B.L.

“Messi mənim üçün nümunədir”
  • Almaniya B.L.
  • 23:05 03.06.2026
“Messi mənim üçün nümunədir”
Bundesliqa klubunda yeni baş məşqçi
  • Almaniya B.L.
  • 23:45 31.05.2026
Bundesliqa klubunda yeni baş məşqçi
Eberl "Bavariya"nı tərk edə bilər
  • Almaniya B.L.
  • 23:42 26.05.2026
Eberl "Bavariya"nı tərk edə bilər