- Almaniya B.L.
- 17:23 03.10.2024
"Bavariya"nın gənc yarımmüdafiəçisi Camal Musiala Münhen klubunun sabiq futbolçusu Ditmar Hamanın tənqidlərinə cavab verib.
90deqiqe.Az-ın “ Bayern & Germany”ə istinadən məlumatına görə, almaniyalı oyunçu hər zaman tənqidə açıq olduğunu və başqalarının onun haqqında dediklərini eşitdiyini söyləyib. Yarımmüdafiəçi diqqətini özünə yönəltdiyini və hər yeni matçda daha da yaxşılaşdığını qeyd edib.
“Özümü çox tənqid edirəm, amma yenə də mətbuatda yazılanlara fikir verməməyə çalışıram. Mən sadəcə futboldan həzz almağa çalışıram”, – Musiala əlavə edib.
Xatırladaq ki, bu mövsüm 21 yaşlı Camal Musiala “Bavariya”nın heyətində Almaniya çempionatında 4 oyun keçirib və 3 qol vurub.