- Almaniya B.L.
- 21:19 19.12.2024
"Bavariya" "Bayer"in gənc yarımmüdafiəçisi Florian Virtz üçün böyük məbləğdə pul ödəməyə hazırdırlar.
90deqiqe.Az xəbər verir ki, bu barədə insayder Maksimilian Kox "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.
O Münhen təmsilçisinin 21 yaşlı futbolçunu növbəti yay transfer pəncərəsində almağı gözlədiyini və alman yarımmüdafiəçi üçün təxminən 100 milyon avro ödəməyə hazır olduğunu qeyd edib.
Qeyd edək ki, bundan əvvəl mətbuatda alman oyunçunu "Liverpul" və "Real Madrid"dən maraq göstərdiyi barədə xəbərlər yayılmışdı.
Xatırladaq ki, Florian Virtz bu mövsüm Leverkuzen klubunun heyətində Almaniya çempionatında 4 oyun keçirib və 4 qol vurub və bir məhsuldar ötürmə edib.