29 sentyabr 2024. Bazar günü

"Bavariya" "Bayer"lə heç-heçə etdi


 "Bavariya" "Bayer"lə heç-heçə etdi

Almaniya Bundesliqasının 5-ci turunun "Bavariya" və "Bayer Leverkuzen" komandalarının qarşılaşdığı oyun başa çatıb.

90deqiqe.Az xəbər verir ki, "Münhen Arena" stadionunda baş tutan görüşdə tərəflər meydanı hərəyə bir qol və bir xalla tərk edib.

31-ci dəqiqədə "Bayer"in yarımmüdafiəçisi Robert Andriç Qranit Xakanın ötürməsi ilə hesabı açıb. 39-cu dəqiqədə "Bavariya"nın yarımmüdafiəçisi Aleksandr Pavloviç uzaq məsafədən zərbə ilə fərqlənib.

"Bavariya" Almaniya Bundesliqasının turnir cədvəlində birinci yerdədir. Komanda beş görüşdə 13 xal toplayıb. "Bayer" 10 xal toplayıb və üçüncü yerdədir.

Almaniya çempionatının son mövsümünün ilk turunda komandalar 2:2 hesabı ilə bərabərə qalıblar. İkinci turda Leverkuzen klubu Münhen klubunu 3:0 hesabı ilə məğlub edib.







Almaniya B.L.

 "Bavariya" "Bayer"lə heç-heçə etdi
  • Almaniya B.L.
  • 22:14 28.09.2024
"Bavariya" "Bayer"lə heç-heçə etdi
 "Bayer"dən çətin qələbə
  • Almaniya B.L.
  • 19:41 22.09.2024
"Bayer"dən çətin qələbə