- Almaniya B.L.
- 21:19 19.12.2024
"Bayer"in baş məşqçisi Xabi Alonso Bundesliqa matçında "Bavariya" ilə heç-heçəni (1:1) şərh edib.
90deqiqe.Az xəbər verir ki, təcrübəli mütəxəssis, çox çətin oyun keçirdiklərini bildirib.
“Komandadan daha çox enerji görmək istəyirdim və bu baxımdan çox məmnunam. Döyüşməyə hazır idik, bunu da etdik. Bizə futbolçulardan intizam və ehtiras lazımdır. Asan olmadı, topa nəzarət edə bilmədik. Müdafiə etmək çox çətin idi, ona görə də bu məqam bizim üçün çox vacibdir.
"Bavariya"nın enerjisi və özünə inamı ötən mövsümdən fərqlidir, onlar həm topla, həm də topsuz əllərində olan hər şeyi verirlər. Bizim üçün çox çətin idi. Biz bu məqamdan razı qala bilərik”, - klubun mətbuat xidməti Alonsonun sözlərini sitat gətirir.
Görüş dünən Münhen klubunun stadionunda baş tutub.