8 iyul 2026. Çərşənbə

Harri Keynin taleyi məlum oldu


Harri Keynin taleyi məlum oldu

“Bavariya”nın hücumçusu Harri Keynin son durumu bəlli olub.

90deqiqe.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Tibbi müayinədən keçən təcrübəli futbolçunun zədəsinin ciddi olmadığı diqqətə çatdırılıb. 

 “O, gələcək matçlar üçün İngiltərə millisinin oyunçuları siyahısında olacaq” - deyə, klubun yaydığı məlumatda qeyd olunub.

Qeyd edək ki, ingilis forvard Bundesliqanın Frankfurt “Ayntraxt”ı ilə (3:3) matçında zədələnmişdi.

31 yaşlı hücumçu bu mövsüm 6 oyuna çıxıb, 5 qol vurub və 4 məhsuldar ötürmə verib.

 

 







Almaniya B.L.

"Harri Keynin yeri Bundesliqa deyil"
  • Almaniya B.L.
  • 23:06 29.06.2026
"Harri Keynin yeri Bundesliqa deyil"