- Almaniya B.L.
- 23:59 23.11.2024
"Bavariya" yarımmüdafiəçi Camal Musialanı komandada saxlayacaq.
90deqiqe.Az-ın məlumatına görə, Münhen klubu 21 yaşlı futbolçuya 2030-cu ilə qədər uzunmüddətli müqavilə təklif etməyi və maaşını illik 25 milyon avroya çatdırmağı planlaşdırır.
Beləliklə, o, hücumçu Harri Keynlə birlikdə klubun ən çox maaş alan oyunçularından biri ola bilər.
Alman futbolçu ilə hazırkı müqaviləsinin uzadılması üçün artıq danışıqlara başlanılıb.
Hazırda Musialanın "Bavariya" ilə müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir. Bu mövsüm yarımmüdafiəçi bütün turnirlərdə səkkiz oyun keçirib, üç qol vurub və üç məhsuldar ötürmə edib.