8 iyul 2026. Çərşənbə

"Bavariya" Kimmixi klubda saxlamaq üçün ona kapitanlıq təklif edir


"Bavariya" Kimmixi klubda saxlamaq üçün ona kapitanlıq təklif edir

"Bavariya" klubu futbolçusu Coşua Kimmixə yeni müqavilə təklif edəcək.

90deqiqe.Az “Bild”ə istinadən xəbər verir ki, Münhen klubunun rəhbərliyi almaniyalı futbolçunu komandada saxlamaq üçün ona jest edəcək.

"Bavariya" Noyerdən sonra kapitanlıq sarğını Kimmixə vermək niyyətindədir.

Coşua Kimmixin “Bavariya” ilə mövcud müqaviləsi 2024/25 mövsümünün sonuna qədər qüvvədədir.

30 yaşlı müdafiəçi 2015-ci ildə “Ştutqart”dan “Bavariya”ya transfer olunub.







Almaniya B.L.

"Harri Keynin yeri Bundesliqa deyil"
  • Almaniya B.L.
  • 23:06 29.06.2026
"Harri Keynin yeri Bundesliqa deyil"