15 mart 2026. Bazar günü

"Kompani əla məşqçidi"


"Kompani əla məşqçidi"

"Bavariya"nın sol müdafiəçisi Alfonso Deyvis baş məşqçisi Vinsent Kompani haqqında fikirlərini açıqlayıb.

90deqiqe.Az-ın məlumatına görə, "The Athletic" kanadalı futbolçunun dediklərini belə çatdırıb.

“Kompani əla məşqçidi, onun rəhbərliyi altında biz çox gərgin futbol oynayırıq. Heyəti məşqdə yaxşı çıxış edənlərdən seçir. Hər məşq komandada yer uğrunda döyüşdür, heç bir təminat yoxdur. Komanda ilə nəzakətli, lakin möhkəm ünsiyyət qurur. Məşqçinin öz ideyaları var, biz onları çox yaxşı həyata keçiririk”

Münhenlilər belçikalı çalışdırıcının rəhbərliyi altında ilk mövsümə inamla başlayıb, startda keçirdiyi altı görüşün hamısında qalib gəlib. Kompani komandasına ilk və indiyə qədər yeganə məğlubiyyəti Çempionlar Liqasında "Aston Villa" qarşısında alıb (1:0).







Almaniya B.L.

 "Borussiya Dortmund"dan inamlı qələbə
  • Almaniya B.L.
  • 21:26 14.03.2026
"Borussiya Dortmund"dan inamlı qələbə
"O, mənə De Bruyneni xatırladır"
  • Almaniya B.L.
  • 16:46 11.03.2026
"O, mənə De Bruyneni xatırladır"
"Kompani bizi daha güclü edir"
  • Almaniya B.L.
  • 23:14 09.03.2026
"Kompani bizi daha güclü edir"
“Bayer” səfərdə xal itirdi
  • Almaniya B.L.
  • 23:43 07.03.2026
“Bayer” səfərdə xal itirdi