13 aprel 2025. Bazar günü
AFFA-nın Hesabat Konfransı keçirilib

Keyn 100 min avroya avtomobil alıb


Keyn 100 min avroya avtomobil alıb

"Bavariya" klubunun ulduzları komandanın əsas sponsoru olan "Audi"dən avtomobillər seçiblər.

90deqiqe.Az "Goal"a istinadən xəbər verir ki, Münhen klubunun hücumçusu Harri Keyn "Audi SQ8" götürüb. İngilis forvardın götürdüyü avtomobilin qiyməti 98 min avrodur.

Eyni avtomobili Münhen komandasının baş məşqçisi Vinsent Kompani, eləcə də Manuel Noyer, Coşua Kimmix və Erik Dayer kimi futbolçular seçib.

Tomas Müller, Alfonso Davyes, Leon Qoretzka və Rafael Querreiro isə "Nimbus Grey Audi RS" e-tronu seçiblər. Bu maşının qiyməti  145 min avrodur.

"Bavariya" növbəti Bundesliqa matçını oktyabrın 19-u şənbə günü evdə "Ştutqart"a qarşı keçirəcək.







Almaniya B.L.

 "Bayer" evdə xal itirdi
  • Almaniya B.L.
  • 19:44 12.04.2025
"Bayer" evdə xal itirdi