- Almaniya B.L.
- 22:59 10.04.2025
© 2025 90deqiqe.az - Bütün hüquqlar qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
"Bavariya" klubun uzunmüddətli perspektivdə Manuel Noyeri əvəz edəcək qapıçı axtarmağa başlayıb.
90deqiqe.Az “TodoFichajes”ə istinadən xəbər verir ki, Münhen komandası Noyerin yerinə "Brayton"un qolkiperi Bart Verbruggeni müəyyənləşdirib. Almaniya klubu artıq niderlandlı qolkiperin agenti ilə danışıqlara başlayıb.
Digər klublar, xüsusilə "Real Madrid" də 22 yaşlı qolikerpin xidmətində maraqlıdır.
Bu qapıçı ötən ilin yayında Avropa çempionatında Niderland millisinin tərkibində özünü yaxşı tərəfdən göstərdi. Eyni zamanda, "Bavariya" üçün Verbruggeni transfer etməyin asan olmayacağı qeyd edilir. Nüfuzlu Transfermarkt portalı Bart Verbruggeni 22 milyon avro qiymətləndirir.