21 iyun 2026. Bazar günü

Noyer: "Qələbəyə layiq idik"


Noyer: "Qələbəyə layiq idik"

"Bavariya"nın qapıçısı Manuel Noyer Almaniya Bundesliqasında Münhenqladbax "Borussiya"sı üzərində qazanılan qələbəni şərh edib.

90deqiqe.Az xəbər verir ki, "BILD" alman qolkiperin dediklərini belə çatdırıb.

“Düşünürəm ki, biz qələbəyə layiq idik. Çoxlu imkanlar yaratdıq, onların qapıçısı əla oynadı, amma sonda xoşbəxtik. Əlbəttə, mübahisə etməyəcəyəm ki, "Borussiya" bir qol vura bilərdi, bu, yaxşı fürsət idi, amma biz daha çox yaratdıq.Bizim qol vurmağımız an məsələsi idi".

"Bavariya" 16 turdan sonra birinci yerdədir və ən yaxın izləyicisi ilə fərq dörd xaldır, Kompaninin yetirmələri doğma meydanda "Hoffenheim"i qəbul edəcək.







Almaniya B.L.

“Messi mənim üçün nümunədir”
  • Almaniya B.L.
  • 23:05 03.06.2026
“Messi mənim üçün nümunədir”
Bundesliqa klubunda yeni baş məşqçi
  • Almaniya B.L.
  • 23:45 31.05.2026
Bundesliqa klubunda yeni baş məşqçi
Eberl "Bavariya"nı tərk edə bilər
  • Almaniya B.L.
  • 23:42 26.05.2026
Eberl "Bavariya"nı tərk edə bilər