- Almaniya B.L.
- 20:39 19.02.2025
İngilis hücumçu Harri Keyn "Bavariya"dakı çıxışını şərh edib.
90deqiqe.Az xəbər verir ki, "Goal" 31 yaşlı futbolçunun dediklərini belə çatdırıb.
“Mən cəmi bir il yarımdır ki, buradayam, amma hiss edirəm ki, bu, artıq həyatımın böyük bir hissəsidir. Azarkeşlər inanılmaz idi - məni özlərindən biri kimi qəbul etdilər. Mən bunu həqiqətən yüksək qiymətləndirirəm. "Bavariya"da oynayanda həmişə böyük təzyiq hiss edirsən. Hər oyun gərgin keçir – bütün komandalar "Bavariya"nı məğlub etmək istəyir, ona görə də hər an hazır olmalısan. mənim xoşuma gəlir. Komanda və məşqçi ilə mövsümdən zövq alıram.Biz yaxşı futbol oynayırıq"
Ümumilikdə Harri Keyn “Bavariya”nın heyətində 73 oyun keçirib, 72 qol vurub və 22 məhsuldar ötürmə edib.