7 may 2026. Cümə axşamı

"Əla oyun nümayiş etdirdik"


"Əla oyun nümayiş etdirdik"

"Bavariya"nın müdafiəçisi Erik Dayer Çempionlar Liqasının ilk pley-off matçında Şotlandiyanın "Seltik"i üzərində səfər qələbəsindən danışıb. 

90deqiqe.Az-ın məlumatına görə, ingilis futbolçu bu barədə UEFA-nın mətbuat xidmətinə danışıb.

“Nəticədən razıyıq. Rəqib doğma meydanda yaxşı çıxış edir, ona görə də çətin matç olacağı aydın idi. Biz bu qələbəyə sevindik.Komanda əla oyun nümayiş etdirdi"

Almaniya nəhəngi 2:1 hesabı ilə qalib gəlib.

"Bavariya" - "Seltik" cavab oyunu gələn həftə, fevralın 18-də keçiriləcək. Qarşılaşma Münhendəki "Allianz Arena"da keçiriləcək. Görüşün Bakı vaxtı ilə saat 00:00-da başlaması planlaşdırılır.







Almaniya B.L.

“Hakimini dərhal transfer edərdik”
  • Almaniya B.L.
  • 23:32 05.05.2026
“Hakimini dərhal transfer edərdik”