7 may 2026. Cümə axşamı

Xabi Alonso "Bavariya" ilə oyunlarda unikal nailiyyətə imza atıb


Xabi Alonso "Bavariya" ilə oyunlarda unikal nailiyyətə imza atıb

Almaniya çempionatının 22-ci turunun mərkəzi oyununda Leverkuzen "Bayer"i "Bavariya" ilə heç-heçə edib.

90deqiqe.Az-ın məlumatına görə,  "əczaçılar"ın məşqçisi Xabi Alonso "Bavariya" ilə oyunlarda unikal nailiyyətə imza atıb.

İspaniyalı çalışdırıcı Münhen komandasına qarşı keçirdiyi 6 rəsmi oyunun heç birində uduzmayıb. Məşqçinin 3 qələbəsi və 3 heç-heçəsi var. Xabi bu uğura imza atan ilk Bundesliqa baş məşqçisi oldu. Dünənki oyundan sonra "Bayer" 47 xalla Almaniya çempionatında ikinci yeri tutub. Alonsonun komandası lider "Bavariya"dan 8 xal geri qalır.







Almaniya B.L.

“Hakimini dərhal transfer edərdik”
  • Almaniya B.L.
  • 23:32 05.05.2026
“Hakimini dərhal transfer edərdik”