21 mart 2026. Şənbə

"Barselona" Fatini 10 milyona sata bilər


"Barselona" Fatini 10 milyona sata bilər

"Barselona"nın hücumçusu Ansu Fatinin Almaniya çempionatında işləmək variantı var.

90deqiqe.Az "Todofichajes"ə istinadən xəbər verir ki, 22 yaşlı futbolçunun xidmətində Dortmund "Borussiya"sı maraqlıdır.

Bumblebees yay transfer pəncərəsində Ansunun transferini tamamlamaq istəyir. Alman klubu hücumçu üçün on milyon avro təklif etmək niyyətindədir.

Fatinin "blauqrana" ilə müqaviləsi 2027-ci ilin ortalarına qədərdir. O, 2020-ci ildən "Barsa"nın oyunçusudur. İspaniya çempionatının cari mövsümündə Ansu dörd oyun keçirib, qol vurmayıb.







Almaniya B.L.

Edin Cekonun cəzası azaldıldı
  • Almaniya B.L.
  • 20:59 19.03.2026
Edin Cekonun cəzası azaldıldı
 "Borussiya Dortmund"dan inamlı qələbə
  • Almaniya B.L.
  • 21:26 14.03.2026
"Borussiya Dortmund"dan inamlı qələbə