27 fevral 2025. Cümə axşamı

"Bavariya" Kimmixlə yeni müqaviləni ləğv edib


"Bavariya" Kimmixlə yeni müqaviləni ləğv edib

"Bavariya" yarımmüdafiəçi Coşua Kimmix üçün yeni əmək müqaviləsi təklifini geri götürüb.

90deqiqe.Az-ın məlumatına görə, alman futbolçu əgər yeni müqavilə imzalayarsa Camal Musiala və Harri Keyndən sonra klubun üçüncü ən çox maaş alan oyunçusu olacaq. Bu səbəbdən Münhen klubu bu məbləği yüksək gördüyü üçün futbolçu ilə müqavilənin uzadılması ilə bağlı danışıqları dayandırıb.

Daha əvvəl mətbuat alman nəhənginin yarımmüdafiəçinin maaşını ildə 22 milyon avroya çatdırmaq istədiyini yazmışdı.

Kimmixin "Bavariya" ilə hazırkı müqaviləsi gələn ilin yayında başa çatır.

Yarımmüdafiəçi Almaniya çempionatının cari mövsümündə 23 oyun keçirib. Coşua bir qol və altı məhsuldar ötürmə edib.







Almaniya B.L.

“Leyptsiq” yarımfinalda
  • Almaniya B.L.
  • 01:35 27.02.2025
“Leyptsiq” yarımfinalda
“Çox yaxşı oyun keçirdik"
  • Almaniya B.L.
  • 10:59 24.02.2025
“Çox yaxşı oyun keçirdik"
"Bavariya" üç futbolçusunu satacaq
  • Almaniya B.L.
  • 22:15 22.02.2025
"Bavariya" üç futbolçusunu satacaq
"Barselona" Fatini 10 milyona sata bilər
  • Almaniya B.L.
  • 16:51 18.02.2025
"Barselona" Fatini 10 milyona sata bilər