21 iyun 2026. Bazar günü

"Bavariya" Kimmixlə bağlı qərar verib


"Bavariya" Kimmixlə bağlı qərar verib

"Bavariya"nın direktorlar şurası yarımmüdafiəçi Coşua Kimmixin gələcəyi ilə bağlı qərar qəbul edib.

90deqiqe.Az "Abendzeitung"a istinadən xəbər verir ki, Münhen klubu Kimmixə indiki ilə müqayisədə maaş artımı təklif etməyəcək.

"Bavariya" müqaviləyə imza bonusu daxil etməyi planlaşdırmır. Bundesliqa nəhəngi hələ Kimmixə yeni müqavilə təklifi təqdim etməyib. 30 yaşlı futbolçunun belə şərtlərə razı olub-olmayacağı hələlik məlum deyil. Əks halda Kimmix yayda azad agentə çevriləcək.

2024/2025 mövsümündə Coşua Kimmix 36 oyun keçirib, bir qol vurub və komanda yoldaşlarına on məhsuldar ötürmə edib.







Almaniya B.L.

“Messi mənim üçün nümunədir”
  • Almaniya B.L.
  • 23:05 03.06.2026
“Messi mənim üçün nümunədir”
Bundesliqa klubunda yeni baş məşqçi
  • Almaniya B.L.
  • 23:45 31.05.2026
Bundesliqa klubunda yeni baş məşqçi
Eberl "Bavariya"nı tərk edə bilər
  • Almaniya B.L.
  • 23:42 26.05.2026
Eberl "Bavariya"nı tərk edə bilər