- Almaniya B.L.
- 14:10 05.03.2025
"Bavariya"nın idman direktoru Maks Eberl komandanın yarımmüdafiəçisi Coşua Kimmixlə yeni müqavilə ilə bağlı aparılan danışıqlara münasibət bildirib.
90deqiqe.Az xəbər verir ki, "BILD" Eberlin dediklərini belə çatdırıb.
"Danışıqlar hörmət çərçivəsində aparılır və davam edir. Hər iki tərəf qərarın yaxın gələcəkdə qəbul edilməsinin vacib olduğuna inanır və bu istiqamətdə müzakirələri davam etdirir."
30 yaşlı yarımmüdafiəçi bu mövsüm bütün turnirlərdə 36 matçda meydana çıxıb, bir qol vurub və on məhsuldar ötürmə edib. Kimmixin "Bavariya" ilə hazırkı əmək müqaviləsi bu yay başa çatır.