2 aprel 2025. Çərşənbə

"Ştutqart" baş məşqçisi ilə müqaviləni uzadıb


"Ştutqart" baş məşqçisi ilə müqaviləni uzadıb

"Ştutqart" klubu baş məşqçisi Sebastyan Hönes ilə müqaviləni uzadıb.

90deqiqe.Az-ın məlumatına görə,  bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

42 yaşlı mütəxəssis və onun köməkçisi 2028-ci ilin ortalarına kimi əmək müqaviləsi imzalayıb.

Sebastyan Hönes 2023-cü ilin aprelində "Ştutqart"a baş məşqçi təyin olunub. O vaxtdan bəri komanda 89 rəsmi oyun keçirib, 49 qələbə, 16 heç-heçə və 24 məğlubiyyət əldə edib.

Bu mövsüm şvabiyalılar Çempionlar Liqasında çıxış ediblər, lakin ümumi mərhələni keçə bilməyiblər. Əlavə edək ki, hazırda “Ştutqart” Almaniya çempionatının turnir cədvəlində onuncu yerdədir.







Almaniya B.L.

"Borussiya"dan evdə qələbə
  • Almaniya B.L.
  • 23:10 30.03.2025
"Borussiya"dan evdə qələbə