- Almaniya B.L.
- 22:20 28.03.2025
© 2025 90deqiqe.az - Bütün hüquqlar qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
"Bayer Leverkuzen"in direktoru Simon Rolfes, Xabi Alonsonun gələn mövsüm komandada davam edəcəyinə açıq şəkildə zəmanət verməməsindən narahat olub-olmaması ilə bağlı açıqlama verib.
90deqiqe.Az xəbər verir ki, "Bild" Rolfesin dediklərini belə çatdırıb.
"Xeyr. O, qalır! Heç bir şey olmadığını dedi. Onun bizimlə müqaviləsi var. Gələn mövsümü planlaşdırırıq və sıx əlaqə saxlayırıq. Vəziyyət belədir"
Xabi Alonsonun hazırkı müqaviləsi onu 2025/2026 mövsümünün sonuna qədər "Bayer" ilə bağlayır. Daha əvvəl mətbuatda "Real Madrid"in gənc ispaniyalını komandanın sükanı arxasında görmək istədiyi barədə xəbərlər yayılmışdı.
"Bayer" Almaniya çempionatının turnir cədvəlində ikinci yerdədir.