21 iyun 2026. Bazar günü

Kompani Müllerin "Bavariya"dakı taleyini həll edib


Kompani Müllerin "Bavariya"dakı taleyini həll edib

"Bavariya"nın təcrübəli hücumçusu Tomas Müllerlə tərəfdaşlığını niyə uzatmamaq qərarına gəldiyi məlum olub.

90deqiqe.Az "Goal.com"a istinadən xəbər verir ki,  komandanın baş məşqçisi Vinsent Kompani rəhbərliklə söhbətində futbolçu ilə bağlı mövqeyini açıqlayıb.

Belçikalı mütəxəssis Müllerin növbəti mövsümdə müntəzəm oyun praktikasına arxalana bilməyəcəyini bildirib.

Futbolçunun "Bavariya" ilə müqaviləsi 2024/2025 mövsümünün sonunda başa çatır.

Tomas 2009-cu ilin yayından Münhen komandasında çıxış edir. Hücumçu cari Bundesliqa mövsümündə 23 oyun keçirib, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.







Almaniya B.L.

“Messi mənim üçün nümunədir”
  • Almaniya B.L.
  • 23:05 03.06.2026
“Messi mənim üçün nümunədir”
Bundesliqa klubunda yeni baş məşqçi
  • Almaniya B.L.
  • 23:45 31.05.2026
Bundesliqa klubunda yeni baş məşqçi
Eberl "Bavariya"nı tərk edə bilər
  • Almaniya B.L.
  • 23:42 26.05.2026
Eberl "Bavariya"nı tərk edə bilər