- Almaniya B.L.
- 21:27 06.04.2025
© 2025 90deqiqe.az - Bütün hüquqlar qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
"Bavariya"nın hücumçusu Harri Keyn, müqaviləsi gələn yay bitəcək Leroy Saneni Münhen klubunda qalmağa və müqaviləsini uzatmağa çağırıb.
90deqiqe.Az-ın "Caught Offside"yə istinadən verdiyi məlumata görə, tərəflər 29 yaşlı futbolçunun gələcəyi ilə bağlı danışıqları davam etdirir.
Sane, Almaniya nəhəngində qalmaq istəyir, amma maaşını endirməli olacaq. Hazırkı müqaviləsinə əsasən, hücumçu ildə 20 milyon avro qazanır. Eyni zamanda, Londonun “Arsenal” klubu Sane ilə maraqlanır və yay transfer pəncərəsi öncəsi onunla danışıqlar aparır.
Xatırladaq ki, Keyn “Bavariya”ya 2023-cü ilin yayında “Arsenal”ın tarixi rəqibi olan “Tottenhem”dən keçib.
29 yaşlı vinger bu mövsüm bütün turnirlərdə 36 oyun keçirib, 11 qol vurub və 4 məhsuldar ötürmə edib. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 38 milyon avrodur.