21 iyun 2026. Bazar günü

Müller “Bavariya”dan ayrılacağını açıqlayıb


Müller “Bavariya”dan ayrılacağını açıqlayıb

"Bavariya"nın yarımmüdafiəçisi Tomas Müller bu mövsüm başa çatdıqdan sonra komandını tərk edəcəyini açıqlayıb.

90deqiqe.Az-ın məlumatına görə, alman  futbolçu bu barədə sosial şəbəkədəki səhifəsində məlumat paylaşıb.

Müller növbəti mövsümdə özünü "Bavariya"nın oyunçusu kimi gördüyünü, lakin klub onunla yeni müqavilə müzakirə etməmək qərarına gəldiyini bildirib. Yarımmüdafiəçi qeyd edib ki, klubun öz prinsiplərinə əməl etdiyini çox gözəl anlayır.

"Əlbəttə ki, rəhbərlik üçün asan olmayan bu addıma hörmətlə yanaşıram. Bu mövsüm Münhenə çempionluq titulunu qaytarmaq və çoxdan gözlənilən Çempionlar Liqasının finalına yüksəlmək mənim üçün şərəf olardı. Əlimdən gələni edəcəyəm. Olanlara və olacaq hər şeyə görə təşəkkür edirəm"

Xatırladaq ki, Tomas Müller keçirilən oyunların sayına görə "Bavariya"nın rekordçusudur.







Almaniya B.L.

“Messi mənim üçün nümunədir”
  • Almaniya B.L.
  • 23:05 03.06.2026
“Messi mənim üçün nümunədir”
Bundesliqa klubunda yeni baş məşqçi
  • Almaniya B.L.
  • 23:45 31.05.2026
Bundesliqa klubunda yeni baş məşqçi
Eberl "Bavariya"nı tərk edə bilər
  • Almaniya B.L.
  • 23:42 26.05.2026
Eberl "Bavariya"nı tərk edə bilər