21 iyun 2026. Bazar günü

“Borussiya”nın futbolçusunu istəyir - “Bavariya”


“Borussiya”nın futbolçusunu istəyir   - “Bavariya”

"Borussiya Dortmund"un cinah oyunçusu Ceymi Baynoe-Gittens yayda klubunu tərk etmək istəyir.

90deqiqe.Az-ın "Sky Sport”"a istinadən verdiyi xəbərə görə, “bamblebees” ingilis futbolçunu satmağa da açıqdır və onun üçün qiyməti aşağı salmağa hazırdır.

Ötən qış "Borussiya" 20 yaşlı vinger üçün 100 milyon avro istəmişdi. “Bavariya”nın, eləcə də İngiltərə çempionatının klublarının gənc futbolçuya maraq göstərdiyi vurğulanır.

Futbolçu baş məşqçi Niko Kovaçın rəhbərliyi altında əsas heyətdəki yerini itirib.Baynoe-Gittens bu mövsüm bütün turnirlərdə 42 oyun keçirib, 12 qol vurub və 4 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 50 milyon avrodur.







Almaniya B.L.

“Messi mənim üçün nümunədir”
  • Almaniya B.L.
  • 23:05 03.06.2026
“Messi mənim üçün nümunədir”
Bundesliqa klubunda yeni baş məşqçi
  • Almaniya B.L.
  • 23:45 31.05.2026
Bundesliqa klubunda yeni baş məşqçi
Eberl "Bavariya"nı tərk edə bilər
  • Almaniya B.L.
  • 23:42 26.05.2026
Eberl "Bavariya"nı tərk edə bilər