- Almaniya B.L.
- 22:39 14.04.2025
© 2025 90deqiqe.az - Bütün hüquqlar qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
"Bavariya" hücumçusu Leroy Saneni saxlamaq niyyətindədir.
90deqiqe.Az-ın "Sky Sport"a istinadən verdiyi xəbərə görə, Münhen klubu futbolçuya 2028-ci ilə qədər yeni müqavilə təklif edib.
Əvvəllər bildirilirdi ki, forvard Bundesliqa nəhəngində qalmaq istəyir, lakin bunun üçün o, yəqin ki, maaşını kəsməli olacaq. Hazırkı müqaviləsinə əsasən, almaniyalı ildə 20 milyon avro qazanır. Futbolçu ilə "Arsenal" klubunun da maraqlandığı bildirilir.
Bu mövsüm 29 yaşlı futbolçu Bundesliqada "Bavariya"nın heyətində 24 oyun keçirib, 9 qol vurub və 4 məhsuldar ötürmə edib. Onun həmçinin Çempionlar Liqasında 12 oyun və bir qolu, Almaniya Kubokunda iki oyun və bir qolu var.