21 mart 2026. Şənbə

"Bavariya" Komanı satmaq qərarına gəlib


"Bavariya" Komanı satmaq qərarına gəlib

"Bavariya"nın vingeri Kinqsli Koman yay transfer pəncərəsində satıla bilər.

90deqiqe.Az-ın "Sky Sport"a istinadən verdiyi xəbərə görə, Münhen klubu yayda fransızla yollarını ayırmağa hazırdır.

Futbolçu ilə artıq "Arsenal" klubunun nümayəndələri əlaqə saxlayıb. Səudiyyə Ərəbistanı çempionatının 4 təmsilçisi də futbolçu ilə maraqlanır.

"Bavariya" 28 yaşlı futbolçunun İngiltərəyə getdiyi təqdirdə satışdan 35-40 milyon avro qazanacağını gözləyir.

Səudiyyə klublarından biri ilə müqavilə 50 milyon avrodan çox gəlir gətirə bilər.

Koman, “Arsenal”a keçərsə, ildə 16-17 milyon avro qazanacaq, Səudiyyə Ərəbistanında isə ona ildə 25 milyon avro təklif oluna bilər.







Almaniya B.L.

Edin Cekonun cəzası azaldıldı
  • Almaniya B.L.
  • 20:59 19.03.2026
Edin Cekonun cəzası azaldıldı
 "Borussiya Dortmund"dan inamlı qələbə
  • Almaniya B.L.
  • 21:26 14.03.2026
"Borussiya Dortmund"dan inamlı qələbə