- Almaniya B.L.
- 22:48 10.06.2025
"Bavariya"nın yarımmüdafiəçisi Joao Palhinya, oyun vaxtı ilə bağlı çətinliklərə baxmayaraq, komandadan ayrılmaq fikrində deyil.
90deqiqe.Az-ın məlumatına görə, portuqaliyalı futbolçu soyunub-geyinmə otağında heç bir məyusluq əlaməti göstərmir və komandanı dəstəkləməyə davam edir.
İddia olunur ki, “Bavariya” layiqli təklif gələrsə, yayda 29 yaşlı yarımmüdafiəçini satacağını istisna etmir, lakin futbolçunun özü klubda qalmaq istəyir.
Palinya hələ də özünü sübut etmək şansının olacağına ümid edir. “Bavariya”nın idman direktoru Kristof Freundun da portuqaliyalını saxlamaq istədiyi vurğulanır.
Almaniya çempionatının cari mövsümündə Palhinya 14 matçda iştirak edib və qol vurmayıb. Futbolçunun "Bavariya" ilə müqaviləsi 2028-ci ilə qədərdir.