5 dekabr 2025. Cümə

"Bavariya" Upamekano ilə razılığa gələ bilməyib


"Bavariya" Upamekano ilə razılığa gələ bilməyib

"Bavariya" müdafiəçisi Dayot Upamekano ilə əmək müqaviləsinin uzadılması ilə bağlı danışıqları davam etdirir.

90deqiqe.Az-ın məlumatına görə, tərəflər arasında aktiv dialoq var, lakin hələlik razılığa gələ bilməyiblər.

"Bavariya"nın 26 yaşlı futbolçunun illik 15 milyon avroluq maaş tələbini çox yüksək hesab etdiyi deyilir.

Bildirilir ki, tərəflər hələ də kompromis tapa bilər.

Upamekano bu mövsüm bütün turnirlərdə 33 oyun keçirib, iki qol vurub və bir məhsuldar ötürmə edib.

Fransız müdafiəçinin "Bavariya" ilə müqaviləsi 2026-cı ilin yayında başa çatır.Transfermarkt mütəxəssisləri fransız futbolçunun dəyərini 50 milyon avro qiymətləndirir.







Almaniya B.L.

Bundesliqa klubu baş məşqçisiz qaldı
  • Almaniya B.L.
  • 21:49 03.12.2025
Bundesliqa klubu baş məşqçisiz qaldı
“Bavariya”dan əzmkar qələbə
  • Almaniya B.L.
  • 21:01 29.11.2025
“Bavariya”dan əzmkar qələbə