- Almaniya B.L.
- 22:48 10.06.2025
"Bavariya"nın hücumçusu Harri Keyn Almaniya Bundesliqasında yeni rekorda imza atıb.
90deqiqe.az xəbər verir ki, ingilis forvard yarışda 60 qol səddinə ən sürətli çatan futbolçu olub.
31 yaşlı futbolçu bu nailiyyətə cəmi 60 matçda imza ataraq, daha əvvəl 65 görüşdə 60 qola çatan "Borussiya Dortmund"un sabiq hücumçusu Erlinq Haalandı geridə qoyub.
Keyn Bundesliqadakı 60-cı qolunu 30-cu turda "Haydenhaym"la keçirilən səfər oyununda vurub. Görüşün 13-cü dəqiqəsində hesabı açan ulduz futbolçu komandasının 4:0 hesablı qələbəsində pay sahibi olub.
Forvard 2023-cü ilin yayında "Tottenhem"dən "Bavariya"ya keçib. Ümumilikdə, bu müddət ərzində o, bütün turnirlərdə 88 matçda iştirak edib, 80 qol vurub və 24 məhsuldar ötürmə edib.