5 dekabr 2025. Cümə

Maksimilian ciddi zədədən xilas olub


Maksimilian ciddi zədədən xilas olub

Dortmund "Borussiya"sının hücumçusu Maksimilian Bayerin son oyunda aldığı zədə düşündüyü qədər ciddi çıxmayıb.

90deqiqe.Az xəbər verir ki, bu barədə Almaniyanın "BVB Buzz" nəşri məlumat yayıb. Bildirilib ki, Bundesliqanın 30-cu turu çərçivəsində Mönhenqladbax "Borussiya"sı ilə keçirilən oyunun 27-ci dəqiqəsində zədələnərək meydanı tərk edən futbolçu artıq hərtərəfli tibbi müayinədən keçib.

Müayinələrin nəticəsinə əsasən, Bayer topuğunda ciddi zədə riskindən xilas olub və bu, klubun heyət planlaması baxımından müsbət xəbər sayılır.

Qeyd edək ki, Maksimilian Bayer cari mövsümdə Dortmund təmsilçisinin hücum xəttində əsas simalardan biri olub.

Onun gələn həftə sonu “Hoffenhaym”la qarşılaşmada meydana çıxması tamamilə mümkündür.  22 yaşlı almaniyalı bu mövsüm "qara-sarılar"ın heyətində bütün turnirlərdə 43 oyun keçirib, 9 qol vurub və 5 dəfə məhsuldar ötürmə edib.







Almaniya B.L.

Bundesliqa klubu baş məşqçisiz qaldı
  • Almaniya B.L.
  • 21:49 03.12.2025
Bundesliqa klubu baş məşqçisiz qaldı
“Bavariya”dan əzmkar qələbə
  • Almaniya B.L.
  • 21:01 29.11.2025
“Bavariya”dan əzmkar qələbə