- Almaniya B.L.
- 23:25 15.05.2025
"Bavariya"nın qapıçısı Manuel Noyer komandanın start heyətində yerini qoruyacaq.
90deqiqe.Az “Sky Sport”a istinadən xəbər verir ki, problemlərə baxmayaraq, Noyer növbəti kampaniyada bir nömrəli statusunu qoruyacaq. Kapitanın ehtiyat oyunçusu gənc Conas Urbiq olacaq, hətta Noyerin sağlam olduğu vaxtlarda onun start heyətində oynaması gözlənilir.
39 yaşlı qolkiper zədələr səbəbindən sıradan tez çıxır və onun gələcək perspektivləri şübhə altında qalır.
Xatırladaq ki, Manuel Noyer fevralın əvvəlində “Bavariya” ilə 2026-cı ilin ortalarına qədər nəzərdə tutulan yeni müqavilə imzalamışdı. Yonas Urbiq qış transfer pəncərəsində Kölndən köçərək kluba qoşulub.