21 iyun 2026. Bazar günü

"Bavariya" iki futbolçusundan yaxa qurtarmaq istəyir


"Bavariya" iki futbolçusundan yaxa qurtarmaq istəyir

"Bavariya" iki futbolçusunu satmağı planlaşdırır.

90deqiqe.Az xəbər verir ki, bu barədə Almaniyanın "Bild" nəşri məlumat yayıb.

Söhbət müdafiəçi Saşa Boe və hücumçu Brayan Saraqosadan gedir. Münhen klubu yay transfer pəncərəsi zamanı sözügedən futbolçular üçün gələcək təklifləri nəzərdən keçirəcək.

23 yaşlı ispaniyalı futbolçu “Bavariya”da çalışdığı müddətdə komandanın heyətində cəmi 7 oyun keçirib. Saraqosa daha sonra icarə əsasında "Osasuna"ya keçdi və burada 22 matçda 1 qol vurdu və 5 məhsuldar ötürmə etdi. 24 yaşlı fransalı Saşa Boe 14 oyuna çıxıb və 2 məhsuldar ötürmə edib.

Hər iki futbolçu ötən qış Türkiyənin “Qalatasaray” və İspaniyanın “Qranada” klublarından keçərək klubla müqavilə imzalayıb.







Almaniya B.L.

“Messi mənim üçün nümunədir”
  • Almaniya B.L.
  • 23:05 03.06.2026
“Messi mənim üçün nümunədir”
Bundesliqa klubunda yeni baş məşqçi
  • Almaniya B.L.
  • 23:45 31.05.2026
Bundesliqa klubunda yeni baş məşqçi
Eberl "Bavariya"nı tərk edə bilər
  • Almaniya B.L.
  • 23:42 26.05.2026
Eberl "Bavariya"nı tərk edə bilər