21 iyun 2026. Bazar günü

Almaniya klubu baş məşqçi axtarır


Almaniya klubu baş məşqçi axtarır

Almaniyanın "Bayer" klubu baş məşqçi axtarışlarını davam etdirir.

90deqiqe.Az-ın "Kicker"ə istinadən verdiyi xəbərə görə, Leverkuzen rəhbərliyi üçün əsas prioritet hücum oyununu və topa nəzarəti təmin edəcək mütəxəssisdir. Eyni zamanda, namizədin mükəmməl İngilis dili biliyinə sahib olması da vacibdir. Xavi Hernandez və Erik ten Haq bu tələblərə ən uyğun namizədlər hesab edilir.

Hazırkı baş məşqçi Xabi Alonso'nun isə çox güman ki, "Real Madrid"i çalışdıracağı gözlənilir.

Daha əvvəl xəbər vermişdik ki, "Real Sosyedad"ın baş məşqçisi İmanol Alquacil "Bayer"in baş məşqçisi vəzifəsinə keçə bilər, lakin onun ingilis dili biliyi kifayət qədər deyildi.

Üç il “Barselona”nı çalışdıran Xavi hazırda işsizdir. Erik ten Haq da "Mançester Yunayted"dən ayrıldıqdan sonra tətildədir.







Almaniya B.L.

“Messi mənim üçün nümunədir”
  • Almaniya B.L.
  • 23:05 03.06.2026
“Messi mənim üçün nümunədir”
Bundesliqa klubunda yeni baş məşqçi
  • Almaniya B.L.
  • 23:45 31.05.2026
Bundesliqa klubunda yeni baş məşqçi
Eberl "Bavariya"nı tərk edə bilər
  • Almaniya B.L.
  • 23:42 26.05.2026
Eberl "Bavariya"nı tərk edə bilər