- Almaniya B.L.
- 12:42 14.05.2025
"Bavariya" Jonas Urbiqə yeni mövsümdə daha çox şans verməyi planlaşdırır.
90deqiqe.Az-ın Almaniyanın "Bild" nəşrinə istinadən verdiyi məlumata görə, "Bavariya" rəhbərliyi gənc qapıçı Jonas Urbiqə növbəti mövsümdə daha çox oyun vaxtı vermək niyyətindədir.
Manuel Noyerin zədəsi səbəbilə mövsümün əvvəlində icarə əsasında "Köln"də çıxış edən Urbiq orada özünü müsbət tərəfdən göstərməyi bacarıb. Klub, onun Noyerin formada olub-olmamasından asılı olmayaraq, qarşıdakı mövsümdə 10-15 oyunda iştirak edə biləcəyini düşünür.
Bununla belə, Noyerin komandadakı 1 nömrəli qapıçı statusu hələ də dəyişməz qalır.
"Bavariya" rəhbərliyi hesab edir ki, Urbiqin böyük potensialı var və o, bir neçə ildir əsas komandaya lazım olmayan, müxtəlif klublarda icarə əsasında çıxış edən Aleksandr Nübelin yolunu təkrarlamayacaq.
Urbiq bu mövsüm klubun əsas heyətində 12 oyun keçirib və 15 qol buraxıb. Onun hesabında 4 təmiz vərəqə var.