21 iyun 2026. Bazar günü

“Bayer” xal itirdi, “Bavariya” çempion oldu


“Bayer” xal itirdi, “Bavariya” çempion oldu

Bundesliqa çempionluğu uğrunda mübarizə aparan “Bayer Leverkuzen” səfərdə “Frayburq”la 2:2 hesablı heç-heçə edib.

90deqiqe.Az xəbər verir ki, bu nəticə Leverkuzenin xal itirməsinə səbəb olub.

Beləliklə, Bundesliqada son iki həftə qalmış “Bayern Münhen” çempionluğunu rəsmiləşdirib.

32-ci turun digər qarşılaşmasında “Bavariya” səfərdə “RB Leypsiq”lə 3:3 hesablı bərabərlik əldə edib. Daha sonra Leverkuzen bu gün “Frayburq”la qarşılaşıb.

Oyunda hesabı 44-cü dəqiqədə meydan sahiblərindən Eqqesteyn açıb. İkinci hissənin əvvəlində Hincapie avtoqolla fərqi 2-yə çatdırıb. “Bayer” son dəqiqələrdə oyuna dönüş edib: 82-ci dəqiqədə Virts hesabı 2:1 edib, 90+3-cü dəqiqədə isə Tah bərabərlik qolunu vurub – 2:2.

Oyunun sonunda “Bayer Leverkuzen”in xalı 68-ə, “Frayburq”un isə 52-yə yüksəlib.

76 xala malik “Bavariya” liqanın bitməsinə iki tur qalmış çempionluğunu rəsmiləşdirib.

 







Almaniya B.L.

“Messi mənim üçün nümunədir”
  • Almaniya B.L.
  • 23:05 03.06.2026
“Messi mənim üçün nümunədir”
Bundesliqa klubunda yeni baş məşqçi
  • Almaniya B.L.
  • 23:45 31.05.2026
Bundesliqa klubunda yeni baş məşqçi
Eberl "Bavariya"nı tərk edə bilər
  • Almaniya B.L.
  • 23:42 26.05.2026
Eberl "Bavariya"nı tərk edə bilər