14 dekabr 2025. Bazar günü

Xabi Alonso "Bayer"dən ayrılacaq - RƏSMİ


Xabi Alonso "Bayer"dən ayrılacaq  - RƏSMİ

"Bayer Leverkuzen"in baş məşqçisi Xabi Alonsonun cari mövsümün sonunda klubu tərk edəcək.

90deqiqe.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

“Bayer”in baş direktoru Fernando Karroda ispan mütəxəssisə fəxr və təşəkkür etdiklərini bildirib:

“Almaniya çempionatında, Almaniya Kubokunda qazandığımız qələbələrlə fəxr edirik, UEFA Avropa Liqasının finalına yüksəldiyimiz və Almaniya Superkubokunu qazandığımız üçün fəxr edirik”.

Daha əvvəl ispan mütəxəssisin "Real Madrid"in baş məşqçisi postunda Karlo Ançelottini əvəzləyəcəyi barədə məlumatlar yayılmışdı.

Xabi Alonso 2022-ci ildən "Bayer"ə rəhbərlik edir. Onun rəhbərliyi altında "Aspirin" komandası ötən mövsüm Almaniya çempionu olub və Almaniya kubokunu qazanıb. İspaniyalı əvvəllər “Real Sosyedad”ın gənclər və əvəzedici komandalarını çalışdırıb.







Almaniya B.L.

“Borussiya”dan inamlı qələbə
  • Almaniya B.L.
  • 23:05 07.12.2025
“Borussiya”dan inamlı qələbə
Bundesliqa klubunda yeni baş məşqçi
  • Almaniya B.L.
  • 22:27 07.12.2025
Bundesliqa klubunda yeni baş məşqçi