20 aprel 2026. Bazar ertəsi

"Bavariya" Ta ilə müqavilə bağlamaq istəyir


"Bavariya" Ta ilə müqavilə bağlamaq istəyir

"Bayer Leverkuzen"in mərkəz müdafiəçisi Conatan Tah karyerasını "Bavariya"da davam etdirə bilər.

90deqiqe.Az xəbər verir ki, Münhen klubu 29 yaşlı müdafiəçinin transferini qısa müddət ərzində yekunlaşdırmaq niyyətindədir.

Bundesliqa çempionu Tahaya 3 illik müqavilə təklif edib. Bununla belə, futbolçunun hələlik bu təklifə cavab vermədiyi bildirilir.

Transferlə bağlı danışıqların yaxın günlərdə intensivləşəcəyi gözlənilir.

Bu mövsüm Ta bütün turnirlərdə 48 matçda meydana çıxıb, 4 qol vurub və bir məhsuldar ötürmə edib.

Xatırladaq ki, müdafiəçinin “Bayer”lə cari əmək müqaviləsi iyunun 30-da başa çatır. Transfermarkt ekspertləri alman futbolçunun qiymətini 30 milyon avro qiymətləndirir.







Almaniya B.L.

“Borussiya” evdə xal itirdi
  • Almaniya B.L.
  • 23:42 19.04.2026
“Borussiya” evdə xal itirdi
“Frayburq”dan inamlı qələbə
  • Almaniya B.L.
  • 21:14 19.04.2026
“Frayburq”dan inamlı qələbə
 “Verder”dən inamlı qələbə
  • Almaniya B.L.
  • 21:13 18.04.2026
“Verder”dən inamlı qələbə
“Bayer” doğma meydanda məğlub oldu
  • Almaniya B.L.
  • 21:01 18.04.2026
“Bayer” doğma meydanda məğlub oldu