20 iyun 2025. Cümə

Harri Keyn Bundesliqanın bombardiri oldu


Harri Keyn Bundesliqanın bombardiri oldu

Bundesliqada 2024/2025 mövsümünün ən məhsuldar futbolçusu "Bavariya"nın hücumçusu Harri Keyn olub.

90deqiqe.Az xəbər verir ki, İngiltərə millisinin üzvü cari mövsümdə 31 oyunda 26 dəfə rəqib qapılarına yol taparaq turnirin bombardiri adını qazanıb. Onun bu göstəricisi rəqiblərindən üstün olub və "Bavariya"nın hücum xəttindəki aparıcı rolunu bir daha təsdiqləyib.

İkinci pillədə "Bayer"in hücumçusu Patrik Şik qərarlaşıb. O, 31 matçda 21 qol vurub. Dortmund "Borussiya"sının forvardı Seru Qirassi isə 30 qarşılaşmada eyni sayda – 21 qola imza ataraq üçüncü sıranı bölüşüb.

Dördüncü yerə 29 oyunda 18 qol vuran "Maynts"ın hücumçusu Conatan Burkardt yüksəlib. İlk beşliyi isə Mönhenqladbax "Borussiya"sının üzvü Tim Kleindienst tamamlayır – o, 31 görüşdə 16 dəfə fərqlənib.

Bu mövsüm Bundesliqada hücumçular arasında ciddi rəqabət müşahidə olunsa da, Harri Keynin sabitliyi və məhsuldarlığı onun zirvədə möhkəmlənməsini təmin edib.







Almaniya B.L.

Xaka ilə iki klub maraqlanır
  • Almaniya B.L.
  • 22:48 10.06.2025
Xaka ilə iki klub maraqlanır
Bundesliqa klubunda yeni baş məşqçi
  • Almaniya B.L.
  • 22:49 28.05.2025
Bundesliqa klubunda yeni baş məşqçi