1 aprel 2026. Çərşənbə

Mahir Emreli II Bundesliqa XXXIV turun rəmzi komandasına düşüb


Mahir Emreli II Bundesliqa XXXIV turun rəmzi komandasına düşüb

“Nürnberq”də çıxış edən Azərbaycan millisinin hücumçusu Mahir Emreli II Bundesliqa XXXIV turun rəmzi “11-liy”inə seçilib.

90deqiqe.Az xəbər verir ki, bu barədə Almaniya klubunun mətbuat xidməti məlumat yayıb.

27 yaşlı futbolçu 3-4-3 taktiki sxeminə əsasən hazırlanmış simvolik heyətdə hücumun mərkəzində yer alıb.

O, “Ayntraxt” (Braunşveyq) komandasına qarşı keçirilən və 4:1 hesabı ilə başa çatan oyunda het-trik etməklə yadda qalıb. Qeyd edək ki, mövsümün əvvəlində II Bundesliqa təmsilçisinə qoşulan Mahir Emrelinin klubla olan müqaviləsi hələlik uzadılmayıb. O, “Nürnberq”in heyətində cari mövsümdə çempionatda 10, ölkə kubokunda isə 1 qol vurub.

 







Almaniya B.L.

"Ayntraxt" onunla razılığa gəldi
  • Almaniya B.L.
  • 23:38 23.03.2026
"Ayntraxt" onunla razılığa gəldi