- Almaniya B.L.
- 14:40 04.12.2025
"Borussiya Dortmund"un idman direktoru Sebastyan Kehl komandanın yay transfer dönəmində heyətdə ola biləcək dəyişikliklərə münasibət bildirib.
90deqiqe.Az xəbər verir ki, "Sport1" Kehlinin fikirlərini belə çatdırıb:
“Maaşları azaltmaq istəyirik. Ola bilər ki, bəzi oyunçularla işləməyə davam edək, bəziləri isə artıq komandanın bir hissəsi olmayacaq. O, çox maraqlı oyunçudur. Tezliklə danışıqlara başlayacağıq. Təkliflər gələrsə, onları nəzərdən keçirməliyik”
Bəzi klubların 20 yaşlı cinah oyunçusu Ceymi Bynoe-Qittenslə maraqlanmasına da toxunan Kehl, bu futbolçunun gələcəyi ilə bağlı danışıqların yaxın zamanda başlanacağını vurğulayıb.
Son məlumata görə, Migel Almironun MLS-ə keçidindən sonra heyətini gücləndirmək istəyən "Nyukasl" da Qittens uğrunda mübarizəyə qoşulub.
Qittens bu mövsüm bütün turnirlərdə 42 oyuna çıxaraq 12 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb.