21 iyun 2026. Bazar günü

Ta “Bavariya”da ildə 14 milyon maaş alacaq


Ta  “Bavariya”da ildə 14 milyon maaş alacaq

“Bayer Leverkuzen”in mərkəz müdafiəçisi Conatan Tah yay transfer pəncərəsində “Bavariya”ya keçməyə razılaşıb.

90deqiqe.Az xəbər verir ki, Almaniya millisinin üzvü Bundesliqanın hazırkı çempionu ilə 4 illik müqavilə imzalayacaq. 29 yaşlı futbolçunun illik maaşı 14 milyon avro təşkil edəcək.

Qeyd edək ki, Tahın “Bayer”lə müqaviləsi 2025-ci il iyunun 30-da başa çatır və uzadılmayacaq. Bu səbəbdən futbolçu “Bavariya”ya azad agent kimi keçəcək.

Xatırladaq ki, daha əvvəl Conatan Tahın adı “Real Madrid”, “Barselona”, “Mançester Yunayted” və İtaliya A Seriyası klubları ilə də hallanırdı.







Almaniya B.L.

“Messi mənim üçün nümunədir”
  • Almaniya B.L.
  • 23:05 03.06.2026
“Messi mənim üçün nümunədir”
Bundesliqa klubunda yeni baş məşqçi
  • Almaniya B.L.
  • 23:45 31.05.2026
Bundesliqa klubunda yeni baş məşqçi
Eberl "Bavariya"nı tərk edə bilər
  • Almaniya B.L.
  • 23:42 26.05.2026
Eberl "Bavariya"nı tərk edə bilər