15 iyun 2025. Bazar günü

“Bavariya” Upamekano ilə maaşı razılaşdırdı


“Bavariya” Upamekano ilə maaşı razılaşdırdı

Almaniyanın "Bavariya" klubu fransalı müdafiəçi Dayot Upamekano ilə yeni müqavilə imzalamaq üzrədir.

90deqiqe.Az xəbər verir ki, 26 yaşlı futbolçunun mövcud müqaviləsi gələn il başa çatır və Münhen klubu onunla əməkdaşlığı davam etdirməkdə maraqlıdır.

Məlumata görə, tərəflər artıq maaş məsələsində razılığa gəliblər. Hazırda danışıqlarda yalnız imza bonusunun məbləği ilə bağlı detallar müzakirə olunur. Razılıq əldə edildiyi təqdirdə, Upamekano yaxın günlərdə yeni müqaviləyə imza atacaq.

Qeyd edək ki, Upamekano 2021-ci ildən "Bavariya"nın heyətində çıxış edir və klubun əsas mərkəz müdafiəçilərindən biridir.

Dayot Upamekano “Bavariya”ya 2021-ci ilin yayında “Leipsiq”dən keçib. Bu yaxınlarda başa çatan mövsümdə futbolçu Vinsent Kompaninin komandası ilə bütün turnirlərdə 33 oyun keçirib, iki qol vurub və bir məhsuldar ötürmə edib.







Almaniya B.L.

Xaka ilə iki klub maraqlanır
  • Almaniya B.L.
  • 22:48 10.06.2025
Xaka ilə iki klub maraqlanır
Bundesliqa klubunda yeni baş məşqçi
  • Almaniya B.L.
  • 22:49 28.05.2025
Bundesliqa klubunda yeni baş məşqçi