19 sentyabr 2026. Şənbə

“Ştutqart” 27 ildən sonra Almaniya Kubokunu qazandı


“Ştutqart” 27 ildən sonra Almaniya Kubokunu qazandı

Almaniyanın “Ştutqart” klubu tarixində dördüncü dəfə Almaniya Kubokunun qalibi olub.

90deqiqe.Az xəbər verir ki, bu, “şvabiyalılar”ın 21-ci əsrdə turnirdə ilk uğurudur.

Komanda sonuncu dəfə bu titulu 1997-ci ildə qazanmışdı.

Finalda ölkənin üçüncü divizion təmsilçisi “Arminiya” ilə qarşılaşan “Ştutqart” oyuna sürətli başlayıb və artıq 28-ci dəqiqəyə qədər hesabda 3:0 irəlidə olub. Bu nəticə Almaniya Kuboku final tarixində ən sürətli üç qol fərqi ilə yadda qalıb.

Xatırladaq ki, “Bavariya” Almaniya çempionu olub, “Ştutqart” isə Almaniya çempionatının turnir cədvəlində cəmi 9-cu yeri tutub.







Almaniya B.L.