20 mart 2026. Cümə

“Verder”in yeni baş məşqçisi bəlli oldu


“Verder”in yeni baş məşqçisi bəlli oldu

“Verder” klubu komandanın yeni baş məşqçisinin adını açıqlayıb. 

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, alman mütəxəssis Horst Steffen “musiqiçilər”in sükanı arxasına keçib.

Klub Steffenlə bağlanan müqavilənin detalları barədə açıqlama verməyib.

Xatırladaq ki, bir müddət əvvəl Ole Verner “Verder”in baş məşqçi postunu tərk etmişdi. Onun rəhbərliyi altında komanda Bundesliqanı səkkizinci pillədə başa vuraraq avrokuboklara vəsiqə qazana bilməmişdi.

56 yaşlı Horst Steffen son olaraq “Elversberq” klubuna rəhbərlik edib. Onun komandası II Bundesliqada mövsümü üçüncü yerdə tamamlayıb, lakin pley-offda “Haydenhaym”a məğlub olaraq elitaya yüksələ bilməyib.

Steffenin “Verder”də necə nəticələr göstərəcəyi isə növbəti mövsümdə bəlli olacaq.







Almaniya B.L.

Edin Cekonun cəzası azaldıldı
  • Almaniya B.L.
  • 20:59 19.03.2026
Edin Cekonun cəzası azaldıldı
 "Borussiya Dortmund"dan inamlı qələbə
  • Almaniya B.L.
  • 21:26 14.03.2026
"Borussiya Dortmund"dan inamlı qələbə